RSS Qidalandırıcısı

Qanli “20 YANVAR”…

Qanli   “20 YANVAR”…

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.Men  de  oz  novbemde  uzumu  genclere  tutub  1  daha  deyi  deyirem, ne  qeder  vaxt  kecse  de  gelin  bu  faktiki QAN  YADDAWIMIZI  unutmayaq.Evezinde  ise  elimizden  gelen  her  1 weyi  esirgemeyek.Qoy AZERBAYCAN RESPUBLIKASININ  torpaqlari   vahid serhed  altinda  birlewsin…

Ingilis dilinde

20 January 1990 is a day, which went down in history of the struggle for the freedom and territorial integrity of Azerbaijan, as a heroism page. Leading of the battle divisions of the Soviet army aimed against wide mass who out in the streets and squares of Baku to protest against aggressive actions of Armenia, which was raising territorial claims to our country, against protection rendered to this country by the government of the former USSR had brought to the unprecedented tragedy in Azerbaijan. On those terrible days valiant sons and daughters of our Motherland, the country’s freedom, honor and dignity of whom was above all, sacrificed their own lives and rose to the top of shahid.Tragedy of January 20, which brought to huge losses and destruction of innocent people, demonstrated martial spirit, inexorability and pride of our nation, which couldn’t stand the policy of the government of Gorbachev headed criminal empire treacherous towards Azerbaijan, intended to the freedom and independence. As a result of it, we gained our independence many years we had been dreaming of and our country had achieved sovereignty. In spite of the fact that a few years has passed since those bloody days, our nation remembers that dreadful night and expresses its deep contempt to those who committed that tragedy. Our republic celebrates the day of tragedy of January 20 broadly every year, which had immortalized in the vital memory of our nation as a Day of the Nationwide Sorrow.


About these ads

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin IV kurs tələbəsiyəm. "Engin Ltd" şirkətində WMS operator vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvüyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdı...

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: